Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:21

"Küləklə sovrulanlar" ilk dəfə Azərbaycan dilində


Margaret Mitchell'in kitabı

Margaret Mitchell'in kitabı

-

Kitab

Kitab

Dünya ədəbiyyatının ən gözəl və oxunaqlı əsərlərindən biri, Amerika yazıçısı Margaret Mitchel'in "Küləklə sovrulanlar" romanı ilk dəfə Azərbaycan dilində çapdan çıxıb.

"Şərq-Qərb" nəşriyyat evində nəfis şəkildə çap olunmuş bu əsəri dünya ədəbiyyatında dəyər və əhəmiyyətinə görə Lev Tolstoyun "Hərb və sülh" romanı ilə müqayisə edirlər. Kitab 150 cildlik “Dünya ədəbiyyatı kitabxanası” seriyasından nəşr edilib.

İki cilddən ibarət kitabın orijinaldan - ingilis dilindən tərcüməçisi və ön sözünün müəllifi yazıçı, filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli OxuZalına deyib:

"Küləklə sovrulanlar" yüz ilə yaxındır ki, uğurlu və çox xoşbəxt bir ədəbi tale yaşayır: dünyanın qırxdan çox dilinə çevrilib, 190 dəfə yenidən nəşr olunub, bestseller əsər kimi şöhrət qazanıb. Roman əsasında çəkilmiş eyniadlı film dünya kino tarixində 1939-cu ildən bəri hələ də klassik şedevr kinolenti kimi qalmaqdadır, tamaşaçılarının sayına görə bəlkə də "Titanik"dən geri qala bilər.

"Onu da deyim ki, bu möhtəşəm əsər nə sovet dövründə, nə də müstəqilllik illərində Azərbaycan dilində çap olunub. Ümid edirəm ki, Amerika ədəbiyyatının görkəmli nümayəndəsi Marqaret Mitçelin bu ilk və son romanı Azərbaycan oxcusunun da böyük marağına səbəb olacaq."

Günün bütün mövzuları

XS
SM
MD
LG