Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:36

-

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) prezidenti Sir Suma Chakrabarti-nin Azərbaycana rəsmi səfəri başlayıb.

Cənab Chakrabarti-nin bir sıra nazirlik və dövlət qurumlarında görüşlər keçirəcəyi gözlənilir.

Səfərin iki gün davam edəcəyi qeyd olunur. Mayın 25-də cənab Chakrabarti-nin səfərin yekunları ilə bağlı mətbuat konfransı keçirəcəyi bildirilir.

Bu səfər ərəfəsində «Human Rights Watch» hüquq-müdafiə təşkilatı bəyanatla çıxış edib. Qurum bildirir ki, Azərbaycan hökumətinin müstəqil səslərə hücumları bankın xartiyası və digər tələblərinə ziddir.

«Avropa Yenidənqurma və İnkişaf Bankı yeganə maliyyə institutudur ki, çoxtərəfli demokratiya və plüralizmin olduğu ölkələri dəstəkləməyə siyasi mandatı var»,- bəyanatda deyilir.

«Human Rights Watch» qeyd edir ki, mayın 20-də Suma Chakrabarti-yə məktub göndərərək onu Bakıda hökumətin insan haqlarına sayqısızlıq məsələsini qaldırmağa çağırıb.

AYİB Azərbaycanda müstəqilliyin ilk dövründən, yəni 1992-ci ildən fəaliyyət göstərir. Bu günə kimi AYİB-in Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarına 146 layihəyə çərçivəsində 2.5 milyard ABŞ dolları həcmində investisiya yatırdığı bildirilir.

AYİB-in Azərbaycan üzrə prioritetlərindən biri dinamik fəaliyyət göstərən kiçik və orta müəssisələrə investisiya yatırmaqla qeyri-neft sektorunun inkişafını dəstəkləməkdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG