Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:18

-

Mayın 24-də Rusiya, Fransa, Almaniya və Ukrayna liderləri telefonla danışıb, Ukraynanın şərqində münaqişənin həlli yollarını müzakirə ediblər.

Kremlin məlumatına görə, Rusiya separatçılarla “koordinasiya etdiyi” təkliflər irəli sürüb. Təkliflər Donbasda seçkilərin keçirilməsi və münaqişədə iştirak edənlərə amnistiya verilməsi barədədir.

Telefon müzakirəsindən sonra liderlər bəyanat yayaraq “Minsk sülh sazişinə sadiq qaldıqlarını, həmin razılaşmaların mümkün qədər tez və tamamilə icrasından ötrü hər şeyi etməyə hazır olduqlarını bildiriblər”. Bunu Fransa Prezidenti Francois Hollande idarəsi bildirir.

Liderlər atəşkəsin saxlanmasının vacibliyini vurğulayıb, ATƏT monitorinq missiyasının səmərəsini artırmaq yollarını götür-qoy ediblər.

Kreml bildirir k, onlar ATƏT missiyasına əlavə səlahiyyət verilməsindən danışıblar.

Ötən ilin fevralında əldə olunmuş razılaşmadan sonra münaqişə səngisə də, ara-sıra atışmalar baş verir.

Günün bütün mövzuları

XS
SM
MD
LG