Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:04

-

Suriyada ötən gün baş verən partlayışlarda azı 148 nəfər həlak olub. Partlayışlar Prezident Bashar al-Assad rejiminin nəzarətində olan iki şəhərdə törədilib.

Tartus və Jableh şəhərlərindəki partlayışlara görə məsuliyyəti İslam Dövləti silahlı qruplaşması üzərinə götürüb.

Britaniyada mənzillənən Suriya İnsan Haqları Təşkilatı bildirir ki, Jableh-də azı 100, Tartusda isə 48 nəfər həlak olub.

SANA dövlət xəbər agentliyi iki avtobus dayanacağının, bir xəstəxananın, iki başqa obyektin hədəfə alındığını bildirir.

Assad-ın əsas müttəfiqi olan Rusiyanın bu şəhərlərdə kiçik donanma və hava bazaları var.

2011-ci ildə müharibə başlanandan Suriyada azı 270 min nəfər həlak olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG