Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:25

►Daşkəsən şəhərinin yarısında işıqlar kəsilib

Ölkənin qərb rayonlarında qasırğa olduğu bildirilir.

APA-nın xəbərinə görə. mayın 23-də Şəmkirdə güclü qasırğa bir sıra fəsadlara səbəb olub. Rayon ərazisində bir sıra tikililərin dam örtüyünün uçduğu, Bakı-Qazax magistral yolunun kənarındakı iri gövdəli ağacların aşdığı qeyd edilir. Avtomobillərin hərəkətində çətinliyin yarandığı bildirilir.

Daşkəsən rayonunda da güclü qasırğa baş verdiyi xəbər verilir.

Saat 18.00 radələrindən etibarən rayonunun mərkəzində güclü külək və yağışla müşahidə olunan qasırğa başladığı qeyd edilir. Nəticədə rayon mərkəzində ağacların aşdığı, elektrik naqillərinin qırıldığı, bəzi yaşayış binalarının dam örtüyünün sıradan çıxdığı, bir avtomobilə ciddi ziyan dəydiyi deyilir.

Hazırda Daşkəsən şəhərinin yarısının elektrik enerjisiz qaldığı bildirilir.

Rayonun icra hakimiyyəti aparatından bildirilib ki, təbii fəlakətin vurduğu ziyan, hələlik, rayon mərkəzində müəyyən olunub. Qasırğanın ətraf kəndlərdə təsərrüfatlara ziyan vurduğu da istisna edilmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG