Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:59

Avstriyada keçirilən prezident seçkisinin ikinci mərhələsində solçu namizəd Alexander Van der Bellen qalib gəlib.

Mayın 23-də açıqlanan yekun nəticələrə görə Van der Bellen 50, 3, rəqibi, qatı millətçi Norbert Hofer isə 49,7 faiz səs toplayıb.

Hoferin millətçi “ Azadlıq Partiyası” miqrantlara qarşı kəskin mövqei ilə tanınır.

Hoferin Avropadakı miqrant böhranını “Müsəlman axını” adlandırması ölkədə narazılığa səbəb olsa da seçkidə əsas favorit hesab olunurdu.

O seçkinin birinci mərhələsində qalib gəlsə də 50 faizlik həddi aşa bilməmişdi.

Hofer “Feysbuk” səhifəsində məğlubiyyətini etiraf edib.

71 yaşlı Van der Bellen iqtisadiyyat üzrə professor və “Yaşıllar Partiyası”nın keçmiş lideridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG