Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:41

-

Azərbaycan Mərkəzi Bankı manatın mayın 24-nə olan rəsmi məzənnəsini açıqlayıb.

Həmin tarixdə bir dollar 1,4929 manat olacaq.

İstirahət günlərində və mayın 23-də bir dollar 1,4957 manata bərabər olmuşdu.

Mayın 18-i və 19-da isə bir dollar 1,50-dən yüksək idi.

Ötən il Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında təqribən iki dəfə dəyər itirib. Sonuncu devalvasiyada - dekabrın 21-də bir dollar 1 manat 55 qəpiyə bərabər olmuşdu. Bu ilin əvvəlində bir ara dollar 1,62-ə qədər möhkəmlənsə də son aylar əks proses gedir. Müstəqil iqtisadçılar bunu hökumətin dollara qarşı yaratdığı süni maneələrlə izah edir. Onların fikrincə bu proses ölkə iqtisadiyyatına da ciddi ziyan vurur.Bu ilin 4 ayı ərzində Azərbaycanın xarici ticarət həcminin ötən ilin eyni dövrü ilə müqayisədə 34.30 faiz azaldığı bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG