Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:51

Azərbaycan və Çin əməkdaşlıq edəcək


Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin binası

Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin binası

-

Mayın 23-də Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti və Çin Təhlükəsizlik Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Turan-ın xəbərinə görə, eyni zamanda Azərbaycan Xarici Kəşfiyyat Xidməti və Çin Təhlükəsizlik Nazirliyi arasında da rəsmi sənəd imzalanıb.

Sənədlər Çin Təhlükəsizlik Şurasının sədri Menq Jiansunun Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Mədət Quliyev və Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanovla danışıqlarının yekunlarına görə imzalanıb.

“Hər iki tərəf təhlükəsizlik sahəsində əməkdaşlığın dərinləşdirilməsi zərurətini qeyd ediblər”, -deyə rəsmi məlumatda bildirilir.

Mayın 22-də isə Çin Xalq Respublikası sədrinin xüsusi nümayəndəsi, Kommunist Partiyası Siyasi Şurasının üzvü, Təhlükəsizlik Şurasının katibi Menq Jianzunun rəhbərlik etdiyi nümayəndə heyətini prezident İlham Əliyev qəbul etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG