Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:03

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Lui van Qalla ayrılıb.

Britaniya mətbuatının yazdığına görə, 64 yaşlı hollandiyalı məşqçi ilə müqavilə ləğv edilib.

Klub buna görə ona 6,5 milyon avro təzminat ödəyəcək.

Van Qalı "Çelsi"nin keçmiş baş məşqçisi Joze Mourinyonun əvəz edəcəyi gözlənilir.

Britaniya mətbuatının yazdığına görə, Mourinyo "Mançster Yunayted"lə 5 illik müqavilə imzalayacaq və ilə 15 milyon avro qazanacaq.

2014-cü ildə "Mançester Yunayted"lə 3 illik müqavilə imzalayan van Qalın komandası ötən mövsüm Premyer Liqada 5-ci olub, amma Federasiya kuboku qazanıb.

Yaxın vaxtlarda onun klubdan gedəcəyi ilə bağlı rəsmi açıqlama gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG