Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:10

►Attestasiyanın ləğvi və ömürlük sertifikat

Azərbaycanda dövlət qulluğuna qəbula görə, test imtahanı verən şəxslərə bunu təsdiq edən sertifikatlar veriləcək. “Dövlət qulluğu haqqında” qanuna təklif edilən dəyişikliklərdə belə nəzərdə tutulur.

Trend-in xəbərinə görə, layihə dövlət qulluğuna qəbulun test imtahanı və müsahibədən ibarət olmasını nəzərdə tutur. Qulluğa seçim imtahanları ayda bir dəfədən az olmayaraq keçirilməlidir.

Dövlət qulluqçusu olmaq istəyənlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə ödəniş etməlidir.

İmtahandan keçənlərə bunu təsdiqləyən sertifikatlar veriləcək. Həmin sertifikat 5 il qüvvədə olacaq.

Dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs, sertifikatın qüvvədə olma müddətinin son ilində imtahan verib yenidən sertifikat almalıdır. İki dəfə sertifikat alan şəxsə üçüncü dəfə ömürlük sertifikat veriləcək.

Dövlət qulluqçusunun aldığı sertifikatın müddəti bitdikdə və dövlət qulluqçusu növbəti sertifikatı ala bilmədikdə o, işini itirmiş sayılacaq.

Yeni layihə dövlət qulluqçularından ötrü attestasiyaların keçirilməsi qaydasının ləğvini nəzərdə tutur.

Layihə mayın 31-də parlamentdə müzakirə ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG