Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:27

►Ekspertlər deyir ki, indi isə “Azal”, “ Azərenerji ” ASC kimi iri müəssisələr özəlləşdirməyə çıxarıla bilər

Prezident İlham Əliyev “Dövlət əmlakının özəlləşdirilməsi prosesinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” fərman imzalayıb. Bu, özəlləşdirmənin üçüncü mərhələsinin başlanması deməkdir.

Fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” yeni qanun layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin. Bu zaman özəlləşdirilən dövlət əmlakının qiymətinin bazar dəyəri əsasında formalaşdırılması meyarı nəzərə alınmalıdır.

İndiki qanun 2000-ci ilin avqustundan qüvvədədir.

Həmçinin, hökumətə tapşırılıb ki, Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısına dair təkliflərini prezidentə təqdim etsin.

Prezident dövlət əmlakının özəlləşdirilməsinə dair qərarların qəbulu üzrə səlahiyyəti öz üzərinə götürüb. 2016-cı il mayın 20-dən Əmlak Məsələləri Dövlət Komitəsi öz qərarları əsasında dövlət əmlakının özəlləşdirilməsini dayandırıb.

İqtisadçi Qubad İbadoğlu hesab edir ki, hazırkı situasiyada yeni qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur. Mövcud qanun layihəsinin təkmilləşdirmək və modifikasiya etməklə özəlləşdirmənun yeni, 3-cü mərhələsinin hüquqi bazasını formalaşdırma mümkün idi.

“Hazırda özəlləşdirmənin fərdi investisiya müsabiqələri üzrə həyata keçirilməsi yeni mərhələnin aparıcı xəttini təşkil etməlidir. Digər tərəfdən də nəzərə alsaq ki, özəlləşdirilməli müəssisələr əsasən kommunal, rabitə və enerji sektorunun iri müəsssələridir. Bu halda da onların özəlləşdirilməyə açıq elan edilməsi prezidentin fərmanları ilə olmalıdır. İstənilən halda Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri əsasında özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlakının siyahısı ilə taniş olmaq çox maraqlı olardı. Çünki həm siyahı və həm də özəlləşdirmədə xarici investorların iştirakı şərtləri bu mərhələnin ən cəlbedici məsələləridir”, - ekspert vurğulayıb.

Dövlət əmlakının özəlləşdiilməsi haqda birinci qanun 1995-ci ildə qəbul edilib. Bu proses ölkə prezidentinin təsdiq etdiyi dövlət əmlakının özəlləşdirilməsinə dair iki proqram əsasında həyata keçirilib. Həmin vaxtdan 50 minə yaxın kiçik, orta və iri müəssisə özəl əllərə keçib. Qeyri-rəsmi məlumatlara görə, 100-ə yaxən obyektin özəllşdirilməsndə xarici investorlar iştirak ediblər.

2000-ci il avqustun 10-da isə prezident “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın təsdiqi haqda fərman imzalayıb.

İkinci proqramda 1995-1995-ci il özəlləşdirilməsində açıq elan edilən ancaq bu prosesdən kənarda qalan dövlət müəssisələrinin özəlləşdirilməsindən söhbət gedirdi.

Ekspertlər deyir ki, indi isə “Azal”, “ Azərenerji ” ASC kimi iri müəssisələr özəlləşdirməyə çıxarıla bilər.

Onların fikrincə, özəlləşdirmə mövzusu neftin qiyməti düşdükdən sonra yenidən Azərbaycanda gündəmə gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG