Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:20

Almaniyanın kansleri Angela Merkel bazar ertəsi humanitar prinsiplərlə bağlı beynəlxalq konvensiyanı bərpa etməyə çağırıb.

O, İstanbulda keçirilən beynəlxalq humanitar sammitdə çıxış edərkən Yəmən və Suriya kimi ölkələrdə xəstəxanalara hücumları insan haqları konvensiyasının kobud şəkildə pozulması adlandırıb.

“Bizə humanitar prinsiplərlə bağlı yeni qlobal konsensus lazımdır. Bu faciədir. Biz hələ də Suriya, Yəmən və digər ölkələrdə xəstəxanalara daima hücum edildiyini, tibbi mərkəzlərin dağıdıldığını və həkimlərin öldüyünü görürük. Bu qəti şəkildə humanitar prinsiplərə ziddir”, deyə Merkel deyib.

BMT-nin İstanbul sammitində dünya liderləri, iş adamları, donorlar və yardım ytəşkilatlarının nümayəndələri iştirak edir.

Türkiyə prezidenti Racep Tayyib Erdogan ölkəsinin ən çox qaçqın qəbul edən ölkə olduğunu, amma əvəzində hələ də lazımı yardım ala bilmədiyini deyib.

Qeyd edək ki, hazırda Türkiyədə 3 milyona yaxın Suriya qaçqını var.

İstanbul sammitində məqsəd ikinci dünya müharibəsindən sonra yaranmış ən böyük humanitar böhranın qarşısını almaq üçün daha işlək tədbirlər qəbul etməkdir.

5 ildir ki, davam edən Suriya müharibəsində 270 mindən çox adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG