Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:54

Türkmənistan sahilində tapılan meyit neftçi olmayıb


«Günəşli» yatağı (arxiv fotosu)
«Günəşli» yatağı (arxiv fotosu)

Xəzər dənizinin Türkmənistan sahillərində tapılan insan qalıqlarının itkin düşən azərbaycanlı neftçiyə aid olmadığı müəyyənləşib.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov məlumat verib.

Onun sözlərinə görə, genetik ekspertiza aparılaraq müəyyən olunub ki, Türkmənistan sahillərində tapılan insan qalıqları itkin düşən azərbaycanlı neftçilərdən heç birinə aid deyil.

Ə. Həsənov qeyd edib ki, insan qalıqlarının Türkmənistan vətəndaşına aid olduğu ehtimal edilir: “Qalıqları ya Türkmənistana aparacaqlar, ya da burada dəfn ediləcək”.

Bu ilin aprel ayında Xəzər dənizinin Türkmənistan sahillərində meyit tapılmışdı. Həmin meyitin qalıqları Azərbaycana gətirilərək ekspertizaya verilmişdi.

Meyitin ilkin olaraq, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilirdi.

2015-ci il dekabrın 4-də «Günəşli» yatağında yanğın baş verib. Bu zaman 64 neftçidən 34-ü xilas edilib. 7 meyit dərhal aşkar edilib, sonra axtarış nəticəsində daha 6 meyit tapılıb.

Bir müddət bundan öncə isə Xəzərin Türkmənistan sahilindən daha bir meyit aşkarlanmışdı. Sonradan həmin meyitin də itkin neftçilərdən biri olduğu aydınlaşmışdı.

XS
SM
MD
LG