Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:29

“Sərhədlərin toxunulmazlığı vacib şərtdir”


Elmar Məmmədyarov, arxiv fotosu

Elmar Məmmədyarov, arxiv fotosu

-

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov XVI Doha Qlobal Forumunda “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” məruzəsi ilə çıxış edib.

AZƏRTAC-ın xəbərinə görə, E. Məmmədyarov çıxışında Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri barədə də bilgi verib. Onun fikrincə, beynəlxalq aləmdə baş verən təcavüz və işğal dünyanı kütləvi miqrasiya problemlərinə düçar edir.

E. Məmmədyarov dünyada baş verən ədalətsizliklərin aradan qaldırılmasından ötrü gücün yox, hüququn üstünlüyünü vacib sayıb. Nazir qeyd edib ki, dünya birliyi tərəfindən beynəlxalq hüquqa tam əməl olunmasından ötrü effektiv mexanizmin yaradılması zəruridir.

E. Məmmədyarov Azərbaycanın 20 faiz ərazisinin Ermənistanın tərəfdən işğalına, ölkədə qaçqın və köçkün probleminə diqqət çəkib.

Nazir Azərbaycan ərazilərinin boşaldılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrini Ermənistanın yerinə yetirmədiyini vurğulayıb.

E. Məmmədyarov kütləvi miqrasiya, ekstremizm və terror kimi beynəlxalq problemlərdən xilas olmağın yollarından da danışıb.

“Beynəlxalq və regional təhlükəsizliklə bağlı təhdidlərin dəf edilməsi üçün dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı vacib şərtdir ”-deyə nazir qeyd edib.

E. Məmmədyarov Dohaya mayın 21-də yola düşüb. Qlobal Forumda dünyadakı münaqişələr və onların həlli yolları müzakirə edilir.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər atəşkəs müqaviləsi bağlayıb.

Hələ 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında işğal edilən Azərbaycan rayonlarının qeyd və şərtsiz boşaldılması ilə bağlı 4 qətnamə qəbul edilsə də, həmin sənədlər indiyə kimi icra edilməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG