Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:16

-

İraqın Baş naziri Haidar al-Abadi Fəllücə şəhərinin İslam Dövləti (İŞİD) yaraqlılarından azad olunması uğrunda əməliyyatın başlandığını elan edib.

Mayın 22-də televiziya ilə çıxışında Abadi deyib ki, İraq qüvvələri İŞİD üzərində “böyük qələbə anına yaxınlaşmaqdadır”.

Fəllücə Bağdaddan 65 km qərbdə yerləşir.

Bir müddət öncə İraqın quru qüvvələri Bağdaddan 380 km qərbdə yerləşən Rutba şəhərini yaraqlılardan geri alıblar.

İŞİD İraqın şimalında və qərbində böyük əraziləri tutub, ölkənin ikinci böyük şəhəri olan Mosul da onların nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG