Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:19

Avstriyada keçirilən prezident seçkisinin ikinci mərhələsində namizədlərin şansı o qədər yaxındır ki, hələlik qalibi ayırd eləmək çox çətindir.

Səsləruin 97 faizi rəqiblərin təxminən bərabər-50 faizə yaxın səs topladıqlarını göstərir.

Yekun nəticələrin mayın 23-də elan ediləcəyi gözlənilir.

Qeyd edək ki, seçkilərdə qatı millətçi Azadlıq partiyasının lideri Norbert Hofer və “Yaşıllar” partiyasının keçmiş lideri Alexander van der Bellen mübarizə aparır.

Qeyd edək ki, qatı millətçi Norbert Hofer gözlənilmədən seçkinin birinci mərhələsində 35 faiz səslə qalib gəlmişdi. Amma bu prezidentlik üçün bəs eləmədi.

Hofer qəti şəkildə miqrantlara qarşıdır. O, Avropada yaranmış miqrant böhranını “Müsəlman axını” adlandırıb.

Bundan baıqa onun təhlükəsizlik və məşğulluq problemləri ilə bağlı məsələ qaldırması reytinqinin artmasına səbəb olub.

Əgər prezident seçilsə, bu ikinci dünya müharibəsindən sonra Avropa Birliyində ilk qatı millətçi prezident olacaq.

Onun rəqibi Van der Bellen isə seçkinin birinci mərhələsində 21 faiz səs toplayıb.

Onu əsasən qatı sağçıları hakimiyyətdə görmək istəməyənlər dəstəkləyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG