Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:57

Narkotik üzrə Dövlət Komitəsi yaradılsın


Azərbaycanda tutulmuş həşiş partiyası (arxiv fotosu)

Azərbaycanda tutulmuş həşiş partiyası (arxiv fotosu)

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Azərbaycanda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Dövlət Komitəsinin yaradılmasını təklif edib.

APA-nın məlumatına görə, bu, AMEA Rəyasət Heyətinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Komissiyasının sədr müavini Bəhram Zahidovun hazırladığı məqalədə bildirilir.

“Narkobiznes qlobal təhlükə yaradır” adlı məqalədə narkotik vasitələrə qarşı mübarizənin səmərəli təşkilindən ötrü Dövlət Komitəsinin yaradılması vacib hesab olunur. Eyni zamanda qeyd olunur ki, “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” yeni qanun hazırlanmalıdır. Cinayət Məcəlləsində nəzərdə tutulan tərkiblərin yenidən formalaşdırılması daha da dəqiqləşdirilməli və səhih diferensiasiya aparılmalıdır. Komitə narkomanlara diqqət göstərilməli, narkotiklərin qanunsuz istehsalı və satışı ilə məşğul olanların məsuliyyət məsələsinin həll etməlidir.

Azərbaycanda narkomanlarla bağlı statistika isə heç də ürək açan deyil. Ölkədə narkomaniyanın cavanlaşdığı bildirilir. Artıq bu bəlaya 13-14 yaşlı məktəblilərin də aludə olması ilə bağlı məlumatlar var.

Səhiyyə Nazirliyinin məlumatına görə, ötən il ölkədə 28 min 656 nəfər narkoman qeydiyyatda olub.

Narkotik vasitə istifadəçilərinin 11 min 402 nəfəri Bakıda qeydiyyatdadır. Səhiyyə Nazirliyinin açıqlamasında qeyd olunur ki, narkotiklərdən ilk istifadənin əksər halları məhz 15 yaş dövründə baş verir. (70 faizə yaxın hallarda)

Üstəlik, rəsmi statistik məlumatda qadın narkomanların da sayının artdığı bildirilir.

Statistik rəqəmlərə dövlət qurumların özündə belə şübhə var. Onlar deyillər ki, daha çox narkoman qeydiyyatdan yayınır.

Günün bütün mövzuları

XS
SM
MD
LG