Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:16

Taliban liderinin ölümü təsdiqləndi


Taliban lideri, Mullah Akhtar Mohammad Mansour

Taliban lideri, Mullah Akhtar Mohammad Mansour

Əfqanıstanın kəşfiyyat agentliyi Taliban lideri Akthar Mansurun ABŞ-ın pilotsuz təyyarəsinin endirdiyi zərbədən sonra Pakistan ərazisində öldüyünü təsdiqləyib. Milli təhlükəsizlik idarəsi bildirib ki, Mansur mayın 21-də başqa yaraqlılarla nəqliyyat vasitəsində Pakistanın Belucistan əyalətinə doğru hərəkət edirmiş .

Mayın 22-də Pentaqon Mansurun ölməsini ehtimal edən xəbər yaymışdı.

Pakistanın kəşfiyyat əməkdaşları havadan hücum zamanı iki nəfərin öldüyünü, onların cəsədinin yanğın nəticəsində tanınmaz hala düşdüyünü bildirmişdilər.

Taliban komandiri Mullah Abdul Rauf Akthar Mansurun Əfqanıstanla Pakistan sərhədində dron zərbəsi nəticəsində öldüyünü söyləsə də, başqa talibançılar bu xəbəri təkzib edirlər.

Mansur 2015-ci ilin iyulundan, Taliban lideri Mullah Mohammad Omarın ölüm xəbəri təsdiqləndikdən sonra talibanlara başçılıq edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG