Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:47

Mayın 23-ü səhər saatlarından Bakı-Şamaxı-Yevlax avtomobil yolunun “Ağsu aşırımı” hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Səbəb ərazidə təmir işlərinin aparılmasıdır.

“Azəravtoyol”dan “Qafqazinfo”ya bildirilib ki, sürücülərə alternativ olaraq Muğanlı-İsmayıllı və Bakı-Ələt-Qazax avtomobil yollarından istifadə etmək tövsiyə olunur.

Təmin işlərinin nə zaman başa çatacağı açıqlanmır.

Son 4-5 ildə Ağsu aşırımında uçqunlar baş vermişdi. Bu yoldan iri tonlu maşınların keçməsinə icazə verilmirdi.

Ancaq yol əsaslı təmir edilmirdi. O vaxt müxalifət partiyalarının yerli təşkilatları bəyanat vermişdilər ki, hökumət bu yolu tamamilə ləğv etmək niyyətindədir. Onların demələrinə görə, həmin aşırımda oliqarx-məmurlar turizm obyektləri tikmək fikrindədirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG