Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:36

«Millətin lideri» Rahmon hakimiyyətini gücləndirir [yenilənir]


Tacikistanda referendum, 22 May, 2016

Tacikistanda referendum, 22 May, 2016

Mayın 22-də Tacikistanda Konstitusiyaya düzəlişlərlə bağlı referendum keçirilir. Bu düzəlişlər qəbul edilərsə, prezident Emomali Rahmonun hakimiyyəti daha da güclənəcək.

Ölkə Konstitusiyasına 41 düzəliş təklif olunur. Amma bunlardan ikisi daha önəmlidir. Düzəlişlərdən biri Emomali Rahmonun hakimiyyət başında qalmasını əngəlləyən səlahiyyət müddəti ilə bağlı məhdudiyyətin aradan qaldırılması ilə bağlıdır.

İkincisi prezidentliyə namizədin yaşının 35-dən 30-a endirilməsidir. Onun böyük oğlu Rustam Rahmonun 33 yaşı 2020-ci ildə tamam olacaq.

Ötən ilin dekabrında parlament 63 yaşlı Rahmon-a “millətin lideri” titulunu verib, özü və yaxınları ömürlük toxunulmazlıq statusu qazanıb.

O, 1992-ci ildən Tacikistanı idarə edir. Bu müddətdə tənqidçilər Emomali Rahmonun dini, siyasi azadlıqları boğduğunu, mətbuatı və vətəndaş cəmiyyətini sıxışdırdığını bildirirlər.

Yenilənmələr:

Tacikistan Mərkəzi seçki Komissiyasının məlumatına görə, Konstitusiyaya düzəlişlərlə bağlı referendumda 3 milyon seçici iştirak edib. Bu da səsvermə hüququ olan vətəndaşların təxminən 66 faizi deməkdir.

Referendumun baş tutmuş sayılması üçün seçicilərin 50 faizi səsvermədə iştirak etməli idi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG