Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:51

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mayın 21-də iki həyətə, 3 əkin sahəsinə və 17 partlayış yerinə baxış keçirdiyi bildirilir.

Agentlikdən AZƏRTAC-a bildiriblər ki, Tərtər rayonunun Cəmilli, Ağcabədi rayonunun Hacılar, Füzuli rayonunun Şükürbəyli kəndlərində evlərə və həyətlərə baxış keçirilib. Ümumilikdə 16 min 613 kvadratmetr ərazi yoxlanılıb.

Agentlik qeyd edir ki, aprelin 7-dən mayın 21-dək ümumilikdə 1449 partlamamış hərbi sursat, 11 piyada əleyhinə mina, 2 piyada əleyhinə POMZ-2 və 6 tank əleyhinə mina aşkarlayaraq zərərsizləşdiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG