Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:43

22 regional nümayəndə vəzifədən azad olunub


Rabitə və Yüksək Texnologiyalar nazirliyində ixtisarlar həyata keçirilib.

APA-nın xəbərinə görə, nazirliyin 22 regional səlahiyyətli nümayəndəsi tutduğu vəzifədən azad olunub. Bununla yanaşı, həmin struktur vahidləri də ləğv olunub.

Həmin səlahiyyətli nümayəndələrin funksiyası nazirliyin strukturuna daxil olan regional qurumların fəaliyyətinə nəzarət etmək olub.

2015-ci ilin oktyabrında Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də dəyişikliklərə səbəb oldu. Həm nazir Əli Abbasov işdən çıxarıldı, həm də nazirliyin bir sıra vəzifəli şəxsi həbs edildi. Bunun ardınca da nazirlikdə bir sıra kadr dəyişikliyi həyata keçirildi.

O vaxt ölkə mətbuatı yazırdı ki, keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin texniki imkanlarından yararlanmaqla bəzi yüksək vəzifəlilərin qanunsuz telefon danışıqlarını dinləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG