Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:57

Atəşkəs 20 dəfə pozulub


Dağlıq Qarabağ, erməni əsgərləri, 7 may, 2016
Dağlıq Qarabağ, erməni əsgərləri, 7 may, 2016

Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəsi 20 dəfə pozublar.

Bu zaman 60 millimetrlik minaatanlardan istifadə edildiyi bildirilir.

Məlumatda qeyd edilir ki, Ermənistanin İcevan rayonun ərazisindən Azərbaycan ordusunun Qazax rayonundakı mövqeləri atəşə tutulub.

Habelə, Azərbaycanin Silahli Qüvvələrinin Tərtər rayonun Göyarx, Yarımca, Füzuli rayonunun Qaraxanbəyli kəndi və Horadiz qəsəbəsində yerləşən mövqelərinin də vurulduğu açıqlanıb.

Bundan başqa Azərbaycan ordusunun Goranboy rayonu ərazisindəki mövqelərinin də atəşə tutulduğu qeyd edilib.

Azərbaycan Müdafiə Nazirliyi dörd gün əvvəlki açıqlamasında atəşkəsin sutkada 123, üç gün əvvəl 26, iki gün əvvəl 10, dünən isə 29 dəfə pozulduğunu bildirmişdi.

Mayın 16 da Vyanada Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub. Görüşdə Minsk qrupu həmsədrlərinin (ABŞ, Fransa, Rusiya) təmsilçiləri də iştirak edib.

Danışıqlardan sonra həmsədrlərin verdiyi bəyanatda deyilirdi ki, prezidentlər İlham Əliyevlə Serzh Sarkisian Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.

Aprelin 2-dən 5-dək təmas xəttində ağır döyüşlərdə hər iki tərəfdən onlarla əsgər həlak olub. Sonra tərəflər aprelin 5-də yenidən atəşkəs razılaşması əldə ediblər. Buna baxmayaraq, tərəflər, hələ də, bir-birini atəşkəsi pozmaqda ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda iki ölkə arasında şiddətli döyüşlər baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan) işğal edilib.

1994-cü ildə tərəflər arasında atəşkəs müqaviləsi bağlanıb.

XS
SM
MD
LG