Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:15

-

- Bu ay Joseph Andras’ın "De Nos Frères Blessés" romanı Fransanın nüfuzlu Konkur (Goncourt) debüt roman mükafatının qalibi elan edildi, amma Andras 3800 aroluq bu mükafatdan imtina etdi. Səbəbi isə belə göstərdi: “Mənim ədəbiyyat anlayışım yarış ideyası ilə bir araya sığmır".

- John le Carre 2001-ci ildə Man Booker beynəlxalq mükafatından eyni səbəbdən imtina etmişdi: "Mən ədəbi mükafatlar uğrunda yarışmıram".

- Hari Kunzru 2003-cü ildə 5 min funt sterlinqlik John Llewellyn Rhys mükafatından sponsor "Mail on Sunday" "ksenofob və antimiqrant" olduğu üçün imtina etmişdi.

Javier Marias

Javier Marias

- Javier Marías 2012-ci ildə İspan hökumətinin 20000 avroluq mükafatından "dövlət təşkilatlarından təltif və qazanc istəmədiyi" üçün imtina etmişdi.

- Alice Oswald TS Eliot poeziya mükafatından 2011-ci ildə imtina etmiş, səbəbi belə göstərmişdi: "Sponsorun sərmayəçi "Aurum" firması olmasından rahat deyiləm".

- David Grossman 2015-ci ildə İsrail ədəbi mükafatından imtina etmişdi, çünki "baş nazir Benjamin Netanyahu münsiflərin işinə qarışır".

- Ursula Le Guin Nebula mükafatından imtina etmişdi, "təşkilatçı qurum polşalı yazıçı Stanislaw Lem ilə nalayiq davrandığına görə".

- AS Byatt, Nadine Gordimer, Anita Brookner – kitablarını çap etmiş nəşriyyat tərəfindən "Orange/Baileys" mükafatına daxil edilməkdən imtina etmişdilər.

Jean-Paul Sartre

Jean-Paul Sartre

Prinsiplərə görə mükafatdan imtina etmək ənənəsini yaradan yazıçı Jean Paul Sartre'dır. Onun Nobeldən imtina etməsi haqda çox yazılıb, çox danışılıb.

Sonra 1974-cü ildə Thomas Pynchon ona verildiyi elan edilən Milli Kitab Mükafatını almaq üçün komediyaçı Irwin Corey'i göndərmişdi.

John Berger 1972-ci ildə ona verilmiş Booker mükafatını almaq üçün gedib mükafatların mənasızlığı haqda bir çıxış etmişdi. Onun çıxışı belə tamamlanırdı: Təmizlik puldan daha vacibdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG