Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:57

-

Milli Televiziya və Radio Şurası ANS telekanalından 168 min manat tələb edir.

Şura hesab edir ki, telekanala serial çəkilişindən ötrü verilən vəsait təyinatına uyğun xərclənməyib.

Teleradio Şurası bu səbəbdən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. «Report»un xəbərinə görə, iddia hakim Vüsalə Baxışovanın icraatına verilib. Proses iyunun 3-də başlayacaq.

Məhkəmə mübahisəsi Teleradio Şurasının ANS-ə teleserial çəkilişindən ötrü ayırdığı vəsaitin xərclənməsi ilə bağlıdır. İddiaya görə, telekanal ayrılmış 160 min manatlıq vəsaitlə «Abşeron» adlı serialı çəkməli imiş. Ancaq Şuraya «Abşeron» yox, «Sevgi naminə» adlı serial təqdim olunub.

Teleradio Şurası buna görə telekanalı həm də 8 min manat cərimələyib. Şura məhkəmədən xahiş edib ki, həm cərimənin, həm də serial çəkilişindən ötrü ayrılan 160 min manatın dövlət büdcəsinə ödənilməsini nəzərdə tutan qərar qəbul etsin.

ANS rəhbərliyi bundan əvvəl serial çəkilişinə ayrılmış vəsaitin təyinatdan kənar xərclənməsi barədə iddiaları təkzib edib.

Şura və telekanal arasında son bir ildə çoxsaylı məhkəmə çəkişmələri olub. Yekunda həmin proseslərdən Milli Televiziya və Radio Şurası qalib kimi çıxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG