Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:00

Rusiya-NATO əməkdaşlığı bərpa oluna bilər


NATO-nun Brüsseldə baş qərargahı.
NATO-nun Brüsseldə baş qərargahı.

-

Şimali Atlantika ittifaqının üzvləri Rusiya-NATO mövzusunda toplantı keçirmək yönündə razılıq əldə ediblər.

Bunu NATO baş katibi Jens Stoltenberg bəyan edib. Onun sözlərinə görə, bu toplantı NATO ölkələri liderlərinin iyulun 8-9-da Varşavada keçiriləcək görüşünədək baş tutmalıdır.

J.Stoltenberg deyib ki, əvvəlcə qurum təmsilçiləri Rusiya ilə toplantının vaxtını və gündəliyi müzakirə etməlidirlər. Onun sözlərinə görə, bu məsləhətləşmələr NATO ilə Rusiya arasında münasibətlərdə şəffaflığı və əlaqələr qurmağı təmin edəcək.

J.Stoltenberg bu açıqlamanı Brüsseldə NATO ölkələri xarici işlər nazirlərinin ikigünlük görüşündən sonra verib.

Rusiya xarici işlər naziri Sergei Lavrov Moskvanın Rusiya-NATO görüşü haqda müraciət almadığını bildirib.

NATO və Rusiya arasında əməkdaşlıq 2014-cü ilin aprelində - Krımın ilhaqından sonra dayandırılıb.

XS
SM
MD
LG