Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:23

-

«Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün «Yaşıl dəhliz» və digər buraxılış sistemlərindən istifadə Qaydaları» təsdiqlənib.

Prezident İlham Əliyev mayın 21-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, iki aya Gömrük Məcəlləsinin, digər qanunların və prezidentin aktlarının buna uyğunlaşdırılması ilə bağlı təkliflər versin.

Nazirlər Kabinetinə həmçinin, gömrükdə yeni buraxılış sistemlərinin tətbiq olunması ilə əlaqədar uyğun infrastrukturun yaradılmasından ötrü maliyyələşməni təmin etmək tapşırılıb.

Qaydaların avqustun 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.

Ölkə başçısı mart ayında gömrük prosedurlarında islahat aparılması ilə bağlı sərəncam vermişdi. Həmin sərəncamda «Yaşıl dəhliz» kimi vasitələrin tətbiqi əksini tapmışdı.

Gömrük orqanları sistemində tətbiq olunan «Yaşıl dəhliz» (malları və ya nəqliyyat vasitələrini yoxlamadan buraxılış) ən rahat sistem sayılır.

Həmçinin izlə: Youtube Kanalımızda izləyin:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG