Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:10

-

Azərbaycanda 33779 nəfər işsiz var. Bunlar yalnız rəsmi işsiz statusu alanlardır.

Bu barədə «Trend» Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xəbər bu il mayın 1-ə olan statistikanı əhatə edir.

33779 nəfər işsizin 7021 nəfərinin buna görə müavinət aldığı bildirilir. Məlumata görə, Azərbaycandakı bütün işsiz statusu alan insanların 14743-ü Bakı şəhərində yaşayır. Paytaxtda yaşayanların cəmi 3113-ünə işsizliyə görə müavinət verilir.

Bölgələr üzrə isə ən çox Aran rayonlarıdır işsiz statusu alıb.

İşsiz statusuna malik olanların 2178-i Gəncə-Qazax, 1002-i Şəki-Zaqatala, 977-i Lənkəran, 1230-u isə Quba-Xaçmaz iqtisadi rayonunun payına düşür.

Aran iqtisadi rayonunda 8001, Yuxarı Qarabağda 1705, Kəlbəcər-Laçında 1422, Dağlıq Şirvan iqtisadi rayonunda isə 825 rəsmi işsiz var.

Ancaq müxalif insanlar Dövlət Statistika Komitəsinin işsizlərin sayı ilə bağlı rəqəmlərinə ciddi şübhə edirlər. Onlar deyirlər ki, hakimiyyət yeni açılan iş yerlərindən bəhs etsə də, bağlanan müəssisələrlə bağlı məlumatları qapalı saxlayırlar. Üstəlik, bəzi ekspertlər deyirlər ki, Azərbaycanda işsiz statusu almaq iş tapmaqdan daha çətindir.

Günün bütün mövzuları

XS
SM
MD
LG