Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 17:55

Ramil Usubov islahatlardan danışdı


Ramiz Mehdiyev və Ramil Usubov
Ramiz Mehdiyev və Ramil Usubov

-

«Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə orqanlarında köklü hüquqi-demokratik islahatlar həyata keçirilib. Daxili işlər orqanları yenidən formalaşıb. Polisin qeyri-peşəkar şəxslərdən təmizlənməsindən ötrü gərgin təşkilati-praktik tədbirlər görülüb».

Həmçinin izlə: Ramil Usubovun polisdəki işgəncələrdən xəbəri var?

Bu fikirləri daxili işlər naziri Ramil Usubov mayın 21-də bu il polisin rəis heyətinə qəbul edilənlərlə görüşdə deyib.

Xəbəri nazirliyin mətbuat xidməti yayıb.

Nazirin deməsinə görə, müstəqilliyin ilk illərində gərgin ictimai-siyasi proseslər baş verib, ölkədə vətəndaş qarşıdurması yaranıb. Şəxsi sədaqətinə görə daxili işlər orqanlarına çoxsaylı təsadüfi, səriştəsiz şəxslər qəbul edilib.

Ramil Usubov H.Əliyevin hakimiyyətə gəlişi ilə cinayətkarlıqla qətiyyətli mübarizənin əsasının qoyulduğunu, ölkədə sabitliyin bərqərar edildiyini deyib.

Nazir həmçinin, yeni rəislərə tapşırıq və tövsiyələrini verib.

Nazirliyin Baş Kadrlar İdarəsinin rəisi Rafiq Abbasov vakant orta rəis heyəti vəzifələrinə qəbul edilənlər haqda məlumat verib. Onun bildirdiyinə görə, dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq ixtisası üzrə bitirmiş 183 məzunun sənədləri qəbul edilib.

«Onlardan 113 nəfər nazirliyə dəvət edilib. Daxili işlər nazirinin əmri ilə müsabiqənin qaliblərindən 31-i əməliyyat müvəkkili, 71-i sahə inspektoru, 5-i təhqiqatçı, 3-ü kadr üzrə inspektor, 3-ü isə qeydiyyat və şəxsiyyət vəsiqəsi inspektoru vəzifələrinə təyin ediliblər» - deyən idarə rəisi onlardan 6 nəfərinin qadın olduğunu bildirib.

Həmçinin izlə: Youtube Kanalımızda izləyin:
Qara maskalılar etirazçılara hücum edir, amma tuta bilmir -Qazaxıstanda etiraz

XS
SM
MD
LG