Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:12

-

Xarici işlər naziri Elmar Məmmədyarovun Belçikaya səfər edəcəyi bildirilir.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, E.Məmmədyarov mayın 23-də «Şərq Tərəfdaşlığı» ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə iştirak edəcək.

Sözügedən iclasda nazir E.Məmmədyarovun çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

«Şərq Tərəfdaşlığı» Proqramını 2008-ci ilin mayında Avropa Birliyinin üzvləri- Polşa və İsveç irəli sürüb.

Proqramının əsası 2009-cu ildə Praqada qoyulub. O, Avropa Birliyi ilə altı tərəfdaş ölkənin münasibətlərinin gücləndirilməsinə xidmət edir.
2015-ci ildə Avropa Birliyi Azərbaycanın Assosiativ üzlvlüklə bağlı sənədi imzalamasını istədikdə, rəsmi Bakı bundan imtina etdi.

Azərbaycan Avropa Birliyi ilə ikitərəfli münasibətlər çərçivəsində strateji əməkdaşlıq barəsində sənəd imzalanmasını təklif etdi.

Rəsmilər son illər açıqca bəyan edirlər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

Müxalifət hakimiyyətin bu mövqeyini siyasi və iqtisadi islahatlardan qaçmaq kimi yozur.

Günün bütün mövzuları

XS
SM
MD
LG