Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:06

Rusiyada Vkontakte qrupuna blok qoyuldu


Vkontakte
Vkontakte

-

Rusiyada məhkəmənin qərarına əsasən, MDK qrupunun Vkontakte sosial şəbəkəsinə girişi blok edilib. Bu, adıçəkilən şəbəkədə ən populyar qruplardan biridir və 7.5 milyon abunəçisi var.

Rusiyadan kənarda qrupun səhifəsi əvvəlki kimi açılsa da, ölkə içində bu mümkün deyil.

2015-ci ilin oktyabrında məhkəmə Peterburqun Mərkəzi rayon prokurorluğunun tələbi ilə MDK-nın fəaliyyətini dayandırması haqda qərar çıxarıb.

Məlumatda deyilirdi ki, qrup «dini və ibadət ədəbiyyatını, dini ehtiram əşyalarını, nişan və simvolları açıq-aşkar təhqir edib». Bundan başqa, qrupda uşaq və yeniyetmələrin, onların yaxınlarının hisslərini təhqir edən, vaxtından əvvəl seksual davranışa maraq oyadan informasiyalar yerləşdirildiyi bildirilirdi.

Milyonlarla abunəçisi olan MDK əsasən yumoristik şəkillər və normadankənar leksikanın istifadə edildiyi zarafatları paylaşırdı.

XS
SM
MD
LG