Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:52

-

Gecə saatlarında Quba - Xınalıq yolunda sürüşmə qeydə alındığı bildirilir.
ANSPRESS-in xəbərində tonlarla çəkisi olan daşların sürüşərək yola töküldüyü qeyd edilir

Sürüşməyə səbəb son günlər yağan intensiv yağışlar göstərilir. Adıçəkilən yol sürüşməyə meylli ərazidir və müntəzəm olaraq qaya, daş parçaları axıb ora tökülür.

«Azəravtoyol» ASC-nin sahə rəisi Bilal Sultanov yolun 37 km hissəsinin bağlandığını və nəticədə 8-9 kəndin rayon mərkəzi ilə əlaqəsinin kəsildiyini bildirib.

Analoji hadisənin mayın 20-də Qusar rayonunun Kuzun kəndində də baş verdiyi deyilir. Qusar - Kuzun yolunun kəndin girəcəyindəki hissəsinin tamamilə bağlandığı söylənir. Kənd sakinlərinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin kəsildiyi deyilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG