Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:49

-

İraqın təhlükəsizlik qüvvələri Bağdadda gücləndirilmiş «Yaşıl zona»da mühasirəni yararaq keçən etirazçıları dağıtmaq üçün gözyaşardıcı qazdan və güllələrdən istifadə ediblər.

Mayın 20-də minlərlə nümayişçinin iştirakı ilə baş verən qarşıdurmadan sonra baş nazir Haider al-Abadi paytaxtda komendant saatı elan etməyə məcbur qalıb.

Bəzi etirazçılar Abadi-nin ofisinə girmək məqsədilə təhlükəsizlik güclərinə təzyiq göstəriblər. Hadisə yerində olan müxbirlər onlarla nümayişçinin xəsarət aldıqlarını xəbər verirlər. Bunların arasında baş nahiyəsindən güllə yarası almış kişi də var.

Nümayişçilərin sırasına güclü müsəlman şiə ruhani lideri Moqtada al-Sadr–in tərəfdarları və hökumətin anti-korrupsiya islahatlarından, eləcə də təhlükəsizlik tədbirlərinin artırılmasından narazı olan qruplar da daxildir.

Moqtada al-Sadr etirazçıları dəstəkləyərək onlara qarşı güc tətbiqini pisləyən bəyanatla çıxış edib. Nümayişçilərə müraciət edən ruhani rəhbər deyib: «Mən sizin seçiminizə və kortəbii üsyanınıza hörmətlə yanaşıram. Öz övladlarını soyuqqanlıqla qətlə yetirən hökuməti lənətləyin».

Etirazlar aprelin 30-dakı nümayişlərdən sonra baş qaldırıb. O zaman nümayişçilər «Yaşıl zona»ya soxulmuşdular. «Yaşıl zona» parlament, hökumət binaları və bir çox xarici səfirliklərin yerləşdiyi ərazidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG