Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:27

Almatıda etiraz aksiyası dağıdıldı [Videolar]


-

Yenilənmiş yazıdır. Ən son xəbər yazının əvvəlindədir.

Yüzlərlə insan Qazaxıstanın ən böyük şəhəri olan Almatıdakı Respublika meydanında toplaşmağa cəhd edib. Amma aksiya iştirakçıları meydanı əhatəyə almış polislər tərəfindən dağıdılıb. Saxlanılanlar var. Meydana gedən yollarda polislərlə nümayişçilər arasında qarşıdurmalar yaranıb.

Ölkənin şimalında yerləşən Pavlodar şəhərində kiçik yürüş baş verib. Burada təxminən 35 nəfər şəhər mərkəzində toplaşıblar. Müxalifətçi Serikbay Alibaev yığışmış kütləyə müraciət etməyə başlayıb. Amma polis hadisəyə müdaxilə edərək kütləni dağıdıb. Alibaev saxlanılıb.

JURNALİSTLƏR DƏ SAXLANILDI

Qazaxıstanda jurnalistlərin, fəalların saxlanması və veb-saytların bloklanması ilə müşayiət olunan sərt tədbirlər həyata keçirilir.

Təhlükəsizlik qüvvələri ölkənin müxtəlif şəhərlərində onlarla jurnalist, ictimai fəal və nümayişçini tutub.

«Interfax» və AzadlıqRadiosunun qazax xidmətinin müxbirləri də daxil olmaqla, bir neçə jurnalist polis idarəsində bir neçə saat saxlanıldıqdan sonra azad ediliblər.

AzadlıqRadiosunun qazax xidmətinin saytı isə bloklanıb. Facebook və Youtube saytlarına giriş mayın 20-dən çətinləşdirilib.

NARAZILARIN HƏBSİ DAVAM EDİR

Qazaxıstanda mayın 21-də keçirilməli olan böyük etirazlara hazırlıqlar gedir. Bu ərəfədə qazax hökuməti mübahisəli torpaq qanunu ilə bağlı etiraz edən xeyli fəalı saxlayıb.

Fəallar və müxalif siyasətçilər dövlətə məxsus kənd təsərrüfatına yararlı torpaqların satılmasına və ya 25 illiyə əcnəbilərə icarəyə verilməsinə imkan yaradan qanuna etiraz edirlər. Etirazlar ərəfəsində ölkənin ən böyük şəhəri Almatıda, ən azı, daha 5 nəfər saxlanılıb. Saxlanılanlar zorakılıq və yanğın törətməyə hazırlıqda ittiham olunurlar. Onların ikisi mayın 20-də razılaşdırılmamış kütləvi aksiyaya hazırlaşdıqlarına görə 15 günlük həbs edilib.

Dövlət nəzarətində olan KİV-lər etirazların xaricdən «üçüncü qüvvə» tərəfindən hazırlandığını bildirirlər.

«Amnesty International» Qazaxıstan hakimiyyətini etirazlar ərəfəsində tutulan təxminən 30-dək fəalı sərbəst buraxmağa çağırıb. Təşkilat onların çoxunun, sadəcə, planlaşdırılan etiraz aksiyalarında iştirak edəcəklərini sosial şəbəkədə söylədikləri üçün saxlanıldıqlarını bildirir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG