Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:16

-

Mayın 20-də Dillər Universitetində Bakıda keçirilən Amerika Günlərinin bağlanış mərasimi olub.

Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova universitet və ABŞ səfirliyinin birgə təşkil etdiyi Amerika Günləri çərçivəsində çoxsaylı tədbirlərin keçirildiyini bildirib.

Bağlanış mərasimində Silver City Bound musiqi qrupu açıq havada konsert verib.

Mayın16-dan Azərbaycanda ilk dəfə səfərdə olan Silver City Bound qrupu Amerikanın bluqrass musiqi janrında ifalarediblər. Azərbaycanda maraqla qarşılanan Silver City Bound qrupunun ifa etdikləri bluqrass janrı özündə ənənəvi irland, şotland və ingilis musiqisinin köklərini birləşdirir.

ABŞ səfirliyinin ictimai əlaqələr şöbəsinin müdiri Stiven Qays Amerika Günlərinin Azərbaycanda elan olunan “Multikulturalizm ili” çərçivəsində təşkil olunduğunu deyib. O bildirib ki, bu müddətdə ABŞ-dan gəlmiş rəqs qrupu, musiqi qrupu, DJ konsert verib və amerikalı aşpazın hazırladığı yeməklər azərbaycanlılara təqdim edilib. O, ABŞ-dan gəlmiş qonaqların Azərbaycanın bölgələrində də çıxış etdiklərini söyləyib.

Mayın 14-dən başlayan bu tədbirlərin məqsədi Amerika mədəniyyətinin müxtəlifliyini Azərbaycan vətəndaşlarına nümayiş etdirmək və ölkələr arasındakı qarşılıqlı anlaşmanı genişləndirmək idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG