Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:47

►"Adi sürücü gömrükdə neyləyə bilər ki?! Mən günahsızam."

Türkiyə vətəndaşı Kadir Parmaksız bir müddət əvvəl Naxçıvanda sərhəddə saxlanılıb.

Onun Bolqarıstan tərəfindən İnterpol xəttilə beynəlxalq axtarışa verildiyi əsas gətirilərək, Kəngərli rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Bolqarıstanın hüquq-mühafizə orqanları həmin şəxsin təhvil verilməsi üçün Azərbaycanın Ədliyyə Nazirliyinə müraciət edib.

Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu məsələyə baxılıb.

Bolqarıstan tərəfinin təqdim etdiyi məlumata görə, Kadir Parmaksız tütün qaçaqmalçılığı ilə məşğul olan 32 nəfərlik dəstənin üzvü olmaqda təqsirləndirilir.

Lakin Kadir Parmaksız günahsız olduğunu bildirib və Bolqarıstana təhvil verilməsini istəməyib:

"Mən dörd il ərzində dəfələrlə Bolqarıstana gedib-gəlmişəm. Əgər günahım olsaydı, elə gedib-gələndə tutardılar. Mən sadəcə, yük maşınının sürücüsüyəm. Adi sürücü gömrükdə neyləyə bilər ki?! Mən günahsızam. Günahım varsa belə, Türkiyədə mühakimə olunmağımı istəyirəm".

____________________________________________________________

Bunlara da bax:
Amnistiya aktı Milli Məclisdən keçdi
Türkiyənin gələcək baş naziri Binali Yıldırım kimdir?

____________________________________________________________

Türkiyə səfirliyinin məhkəmədə iştirak edən təmsilçisi də vətəndaşının Bolqarıstana təhvil verilməsinə etiraz edib.

Bolqarıstan səfirliyinin nümayəndəsi ekstradisiya məsələsinə münasibət bildirmək istəməyib:

"Mənə bu barədə fikir bildirmək səlahiyyəti verilməyib".

Prokuror və Ədliyyə Nazirliyinin nümayəndəsi isə məhkəmədən Türkiyə vətəndaşının Bolqarıstana ekstradisiyası barədə qərar çıxarılmasını istəyib.

Fikrət Qəribovun sədrlik etdiyi hakimlər kollegiyasının qərarı da buna uyğun olub - Kadir Parmaksızın esktradisiyasına qərar verib.

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (20 may)

Türkmən kəndləri intensiv bombalanır
“Maddi maraq olmayandan sonra qoyunları niyə qırxaq ki?”

BAX: Günün əsas hadisələri TV proqramımızda (20 may)

Keçmiş siyasi məhbusun Ombudsman "macərası"

Günün bütün mövzuları

XS
SM
MD
LG