Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:49

►TANAP-ın inşası layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi imkanları müzakirə edilir

Mayın 20-də Dünya Bankının (DB) enerji və mədən sənayesi üzrə qlobal praktika meneceri Rangid Lamex-in rəhbərlik etdiyi missiyanın Azərbaycana səfəri başlayıb.

Səfərdə məqsədin Trans-Anadolu Boru Kəmərinin (TANAP) inşası layihəsində Azərbaycanın payının maliyyələşdirilməsi imkanları ilə bağlı müzakirələr aparmaq olduğu bildirilir.

Report-un xəbərinə görə, səfər 4 gün davam edəcək. Missiya Mərkəzi Bank, Maliyyə Nazirliyi və digər iqtisadi qurumlarda görüşlər keçirəcək.

Mayın 19-dan başlayaraq DB-nin maliyyə sektoru və bazarlar üzrə praktika meneceri Rolf Behrndtin rəhbərlik etdiyi nümayəndə heyəti də Azərbaycandadır. R.Behrndt Mərkəzi Bankın sədri Elman Rüstəmovla görüşüb.

TANAP layihəhəsi ümumilikdə 10-11 milyard dollar dəyərində qiymətləndirilir.
TANAP və TAP layihələri «Cənub Qaz Dəhlizi»nin ayrı-ayrı hissələrini təşkil edir.

Trans-Anadolu Qaz Kəməri (TANAP) layihəsi «Şahdəniz-2»dən çıxarılan təbii qazı Türkiyə və Avropaya çatdırmalıdır.

Trans-Adriatik Qaz Kəməri (TAP) layihəsi isə Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və TANAP-ın davamıdır.

TANAP layihəsinin səhmləri payçılar arasında belə müəyyənləşdirilib: «Cənub Qaz Dəhlizi» şirkəti – 58 faiz, BOTAŞ – 30faiz , BP – 12faiz.

Günün bütün mövzuları

XS
SM
MD
LG