Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:20

Türkiyə superliqasında 2015/2016 mövsümünə yekun vurulub.

34-cü turun son oyun günündə 6 qarşılaşma keçirilib.

"Qalatasaray" evdə "Kayserispor"u 6:0 hesabı ilə məğlub edib.

"Fənərbaxça" isə səfərdə "Sivasspor"la 2:2 oynayıb.

Ötən tur "Antalyaspor"a 0:7 hesabı ilə uduzan "Trabzonspor" bu dəfə də evdə "Kasımpaşa"ya 0:6 hesabı ilə məğlub olub.

Bu il çempion 79 xalla Beşiktaş olub.

Fənərbaxça 74 xalla ikinci, Konyaspor isə 66 xalla üçüncü olub.

Qalatasaray isə bu mövsüm 51 xalla 6-cı yerdə qərarlaşıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG