Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:51

►“Azərbaycan sabitliyin əldə olunması yolunda qəti şəkildə Əfqanıstanın yanındadır”.

Xarici işlər naziri Elmar Məmmədyarov NATO Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin iclasında çıxış edərkən belə deyib. Bu haqda nazirliyin rəsmi internet saytı xəbər verir.

Nazir qeyd edib ki, Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik Qüvvələri ölkə ərazisində təhlükəsizliyin təmin olunmasının məsuliyyətini öz üzərinə götürüb. O, vurğulayıb ki, “əfqan dostlarımıza daha çox dəstək verməli olduğumuzu bilirik”.

E. Məmmədyarov deyib ki, Azərbaycan 2016-cı il ərazində Qətiyyətli Dəstək Missiyasına töhfə verməkdə davam edəcək.

“Azərbaycan artıq Əfqanıstan Milli Ordusunun İnam Fonduna müvafiq əhəmiyyətli ianə edib . 2017-ci ilin sonuna kimi bu fonda maliyyə dəstəyinin göstərilməsini öz üzərinə götürüb” - deyə nazir bildirib.

Azərbaycanın Əfqanıstanın stabilliyinə verdiyi töhfənin NATO-nun əməliyyatlarında iştirakla məhdudlaşmadığını bildirən E.Məmmədyarov bu ölkənin islahatlar yolunu dəstəklədiklərini qeyd edib.

“Yeni İpək Yolunun əhəmiyyətli parçası olaraq Azərbaycan Əfqanıstanın davamlı gələcəyinə dəstək vermək məqsədilə bu ölkə ilə Avropanı birləşdirəcək " - deyə nazir bildirib.

Elmar Məmmədyarov NATO-nun Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin Xarici İşlər Nazirlərinin iclasında iştirak etməkdən ötrü mayın 20-dən Belçikada səfərdədir.

1994-cü ildən başlayaraq Azərbaycan - NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

Azərbaycan Əfqanıstandakı sülhməramlı missiyada da iştirak edir.
Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 20 noyabr 2002-ci il tarixdən başlayıb.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 90 nəfərdən ibarət hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.

2002-ci ildə NATO-nun Praqa sammitində tərəfdaş ölkələrlə əməkdaşlığı genişləndirmək məqsədilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı (FTƏP) qəbul edilib. 2003-ci ilin mayında Azərbaycan FTƏP-ə qoşulmaqdan ötrü rəsmi müraciət edib. 2005-ci ilin oktyabr ayında prezident İlham Əliyev Azərbaycan Respublikasının NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Ancaq Azərbaycan rəsmiləri son illər açıq bəyan ediblər ki, qarşıya NATO-ya üzvilük məsələsi qoyulmayıb.

Müxalifət hesab edir ki, hakimiyyətin NATO ilə əməkdaşlığa sərhəd qoyması iki amillə bağlıdır. Bir tərəfdən hakimiyyət Rusiyanı qıcıqlandırmaq istəmir, ikinci tərəfdən isə islahatlardan çəkinir.

Günün bütün mövzuları

XS
SM
MD
LG