Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:32

Sərhəd qoşunlarının irimiqyaslı təlimləri keçirilib- [Video]


-

Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiyasının iştirakı ilə irimiqyaslı taktiki təlimlər keçirilib.

*Son 2 gündə Youtube Kanalımıza 12 aktual video yükləmişik - Sən də abunə ol, ölkədə baş verənlərdən xəbərin olsun

Mayın 17-dən 19-dək "Ağgöl" səhra təlim mərkəzində keçirilən təlimlər "Azərbaycanın dövlət sərhədini pozaraq hücuma kecmiş düşmən qüvvələrinin hücumunun qarşısının alınması, əks həmlədən hücuma keçərək düşmən qüvvələrinin məhv edilməsi və dövlət sərhədinin bərpa edilməsi"ni hədəfləyib.

Bu barədə Trend-ə DSX-nın Mətbuat mərkəzindən məlumat verilib.

Döyüş atışlı təlimlərin üçüncü mərhələsi Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilib.

Təlimlərdə döyüş əməliyyatları zamanı helikopterlər vasitəsilə döyüş bölgəsinə əlavə qüvvələrin çatdırılması, yaralıların təxliyə edilməsi, sıradan çıxmış avtomobil və zirehli texnikaların təmir-təxliyə qrupu tərəfindən döyüş sahəsindən çıxarılması elementləri də işlənilib.

Təlimlərdə zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatan­lardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları həyata keçirilib.

Təlimdən çəkilmiş videogörüntülər:

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (20 may)

Türkmən kəndləri intensiv bombalanır
“Maddi maraq olmayandan sonra qoyunları niyə qırxaq ki?”

BAX: Günün əsas hadisələri TV proqramımızda (20 may)

Keçmiş siyasi məhbusun Ombudsman "macərası"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG