Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:14

800 maşın məmurlardan alındı


Armenia -- Imported cars in tax terminal, undated.
Armenia -- Imported cars in tax terminal, undated.

►Maşınları saxlamaq, təmir etmək 2 milyon dollara başa gəlir...

Ermənistan hökuməti apararının rəhbəri Davit Harutyunyan hökumətin iclasında bildirib ki, illlərlə vergi ödəyicilərinin hesabına saxlanılan yüzlərlə avtomobil artıq hökumətə lazım deyil. O deyib ki, hökumət bu maşınlarsız da işləyə bilər.

Onun sözlərinə görə, ümumilikdə 797 xidməti avtomobil ixtisara salınacaq. Onların 107-si birbaşa büdcədən maliyyələşən dövlət strukturlarına, 690-ı isə dövlət qeyri-kommersiya təşkilatları, qapalı səhmdar cəmiyyətləri və fondlara aiddir.

O əlavə edib ki, baş nazirin nəzarət xidməti müntəzəm olaraq bu avtomobillərdən istifadənin məqsədə uyğun olub-olmamasını öyrənəcək. Dövlət strukturlarının saytlarında isə hər bir xidməti avtomobilin kimə xidmət etdiyi, markası, ili, motor gücü və dövlət nömrəsi yerləşdiriləcək.

Əmək və sosial məsələlər naziri Artyom Asatryan jurnalistlərə deyib ki. onun rəhbərlik etdiyi qurumda 41 avtomobil ixtisara düşüb. Azadlıq Radiosunun "bəs bu, nazirliyin işinə mane olmayacaqmı" sualına cavab olaraq nazir deyib ki, mane olmaması üçün hər şey nəzərə alınıb.

Hökumətin digər üzvləri də yekdilliklə bildiriblər ki, xidməti avtomobillərin ixrisarı onların rəhbərlik etdiyi qurumların işinin effektivliyinə təsir etməyəcək. Ancaq ötən ilin sonunda 2016-cı il üçün dövlət büdcəsinin təsdiq olunması zamanı xidməti avtomobillərin sayı birdən-birə 83 ədəd artırılaraq 1100-ə çatdırıldığı zaman həmin şəxslər etiraz etməmişdilər.

____________________________________________________________

Bunlara da bax:
Leyla Əliyeva professor oldu- [Fotolar]
Sərhəd qoşunlarının irimiqyaslı təlimləri keçirilib- [Video]

____________________________________________________________

Ötən il "Haykakan jamanak" qəzetinin iqtisadi icmalçısı Hayk Gevorkyan bu məsələni qaldıraraq Ermənistanı Danimarka ilə müqayisə etmişdi. O demişdi ki, dövlət büdcəsinin Ermənistanınkından 60 dəfə böyük olduğu Danimarkada cəmi 23 xidməti avtomobil var.

"Təkcə bu 1100 avtomobilə qulluq edilməsinə çəkilən xərc ildə 1 milyard dram, təxminən 2 milyon dollar təşkil edir," deyə o vurğulamışdı.

Ermənistan hökuməti dövlət sistemində işləyənlərin sayını da ixtisara salmağa hazırlaşır. Bunun üçün hətta xüsusi işçi qrup da yaradılıb. Baş nazirin müavininin rəhbərlik etdiyi bu işçi qrup hansı qurumda nə qədər işçinin ixtisara salınmalı olduğunu müəyyən edəcək. Qrupun iclasları gələn həftədən başlayacaq.

Buna da bax: Nazirliklərin qarşısındakı bahalı xidməti maşınlar...

Nazirliklərin qarşısındakı bahalı xidməti maşınlar...
Gözlə

No media source currently available

0:00 0:14:17 0:00

DINLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda (20 may)

Türkmən kəndləri intensiv bombalanır
“Maddi maraq olmayandan sonra qoyunları niyə qırxaq ki?”

BAX: Günün əsas hadisələri TV proqramımızda (20 may)

Keçmiş siyasi məhbusun Ombudsman "macərası"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG