Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:26

►“An-12”-nin “qara qutuları” yoxlamaya yararlıdır

Mayın 18-də Əfqanıstanda qəzaya uğrayan “Silk Way” aviaşirkətinin “An-12” yük təyyarəsinin həlak olmuş yeddi heyət üzvünün cənazələri mayın 20-də Bakıya gətirilib. Bakıda zəruri məhkəmə-tibbi ekspertizası aparılacaq.

Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının məlumatına görə, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə “Silk Way” şirkətindən icarəyə götürülüb. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlibmiş və yanacaq doldurulmaqadn ötrü Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb.

Təyyarənin göyərtəsində beş Azərbaycan , üç Ukrayna və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub.

Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş qiymətləndirilir .

Qəzaya uğrayan “An-12” təyyarəsinin “qara qutular”ı daBakıya gətirilib və onların vəziyyəti qənaətbəxş qiymətləndirilir. “Qara qutular”ı Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə araşdıracaq.

Azərbaycan Mülki Aviasiya Administrasiyasının komissiyasının nümayəndələrinin hadisə yerində işləri davam etdirdikləri bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG