Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:42

Mayın 22-də Avstriyada prezident seçkisi keçiriləcək.

İctimai rəy sorğuları “Azadlıq Partiyası”nın miqrantlara qarşı olan namizədi Norbert Hoferin lider olduğunu göstərir.

Horbertin Avropadakı qaçqın böhranını “Müsəlman axını adlandırması ölkədə böyük narazılığa səbəb olub.

Mayın 20-də Vyanada onun namizədliyinə qarşı aksiya keçirilib.

Hofer seçkinin birinci mərhələsində qalib gəlsə də 50 faizlik həddi aşa bilməyib.

Aksiyaçılar onun miqrantlara qarşı siyasətini pisləyirlər: “ Bu prezident seçkisində bir namizəd var ki, insanları parçalayan və qaçqınlara qarşı nifrət aşılıyan siyasət yeridir”.

Digər aksiyaçı da eyni şeyi deyir: “ Mən bura hamı kimi tanınmış sağçı ekstremistin prezident sarayına girə bilməsinə etiraz eləmək üçün gəlmişəm”.

Norbert Hofer minqrantlara qarşı olan “Azadlıq Partiyası”nın namizədidir.O tərəfdarları qarşısında çıxış edərkən seçkini udacaqlarını və prezident olacağı halda Avstriyanın gələcəyinə təminat verəcəyini bildirib.Hofer deyib ki, ölkəyə müsəlman axınının qarşısı alınmalıdır və bu onun üçün çox mvacib məsələdir.

Hofer seçkinin birinci mərhələsində 35, onun rəqibi “Yaşıllar partiyası” nın 72 yaşlı namizədi Aleksandr van der Bellen isə 21 faiz səs toplayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG