Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:33

Şəhriyar del Gerani: Bu adamlardan şübhələnirəm


Şəhriyar del Geranı
Şəhriyar del Geranı

-

Şair Şəhriyar del Geraninin evinə oğru girib. Pəncərəni sındırmaqla içəri girən naməlum şəxs şairin heç bir əşyasına toxunmayıb, yalnız yazılarının olduğu notbukunu aparıb. Şəhriyar deyir ki, orada son 7-8 aydır çapa vermədiyi yeni yazıları, romanı, şeirləri vardı. Hadisə yerində polis olub, izlər götürülüb. Polisə ifadə verəndən sonra Şəhriyar OxuZalına deyib:

- Ağır itkidir. Bəlkə də "ağır itki" deməyim öz yaradıcılığım haqqında yüksək fikirdə olmağımın göstəricisidir. Olsun. Amma, bu, həqiqətdir ki, sarsıda bildilər məni. Anamdan sonra belə sarsıldığım olmamışdı.

- Necə deyərlər, kimdən şübhələnirsən?

- Şübhə hissi o qədər amansızdır ki, heç kəsdə immunitet yoxdur bu mərəzə qarşı. Düzü, hamıdan şübhələnirəm.

Dünən xeyli narahat dostlar, oxucular dedilər, yazdılar ki, bəlkə notbuku şairlər oğurlayıblar. Hətta Seyfəddin Hüseynli "Bəlkə də "dəli" bir oxucundu, şeirlərini çapa vermirsən deyə acığından gəlib kompüterini oğurlayıb ki, oxusun" - dedi.

Əlbəttə, dünyada belə işlər olmuş. Mənim şübhələrim sonsuzdur. Salam Sarvan dünən bütün günü mənimlə olub, dəstək olub. Hətta əməliyyat rəisi dedi, "Şair, elə bəlkə Salam müəllim dayanır bu işin başında? İz azdırmaq üçün burdadır".

Açığı, mən Həmid Herisçidən də şübhələnirəm. Postinsan, filan. Aqşin də ola bilər. Daha yaza bilmədiyini deyir. Nə bilim. Vaqif Bayatlıdan başqa hamıdan şübhələnirəm. Ciddi sözümdür. Hətta Ramiz Rövşəndən də.

XS
SM
MD
LG