Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:20

-

Azərbaycanda dövlət bağçalarında Finlandiya, özəl bağçalarda isə Estoniya təcrübəsindən istifadə olunacaq. Parlamentin elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli belə deyib.

Komitə sədri Trend-ə bildirib ki, artıq “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin hazırlanmasından ötrü işçi qrup formalaşdırılır.

“Yeni layihədə məktəbəqədər təhsil üzrə həmin ölkələrin təcrübələrindən istifadə ediləcək. Ən yaxşı dövlət məktəbəqədər təhsil üzrə təcrübəyə malik Finlandiya, özəl bağçalar üzrə isə Estoniyadadır. Finlandiyada uşaqların böyük əksəriyyəti dövlət bağçalarına gedir, Estoniyada isə demək olar ki, dövlət bağçası yoxdur. Amma qanun layihəsinin hazırlanmasında Azərbaycan reallıqlarının nəzərə alınması əsas hesab edilir. Buna görə də biz, Azərbaycanın reallıqlarını nəzərə almaqla, hər iki ölkənin təcrübəsindən istifadə etmək fikrindəyik”

Komitə sədrinin sözlərinə görə, layihənin ilkin variantı üzərində iş demək olar ki, tamamlanıb. Layihənin parlamentin payız sessiyasına hazır olacağı gözlənilir.

Azərbaycanda kifayət qədər bağçanın olmadığı bildirilir.
Bakı şəhəri üzrə uşaqların yalnız 4 nəfərdən 1-inin (uşaqların 23 faizi) bağçaya düşə bildiyi qeyd edilir. Hökumətin ümumilikdə ölkə üzrə açıqladığı rəqəmlər isə daha acınacaqlıdır. 1-5 yaş arasında, yəni bağça yaşında olanların yalnız 14,8 faizinin bu imkandan yararlandığı bildirilir. Kənd yerlərində isə uşaqların yalnız 8,1 faizinin bağçaya gedə bildiyi deyilir.
Mətbuatda yazılanlara görə, son illər ölkədə bir çox bağçalar özəlləşdirilib, onların yerində şadlıq evləri tikilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG