Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:33

Soçidə ASEAN ölkələrinin sammiti keçirilir.

Tailand,Vyetnam, Laos və digər üzv ölkələrin liderləri cümə axşamı Soçiyə gəliblər.

Hava limanında nümayəndə heyətlərini duz-çörəklə qarsalayıblar.

Sonra isə siyasətçilər və diplomatlar Rusiya prezidenti Vladimir Putinlə görüşüblər.

Putin Sinqapur, Malayziya, Kambocanın baş nazirləri, Bruney sultanı və digər Asiya ölkələrinin nümayəndələrini qəbul edib.

Putinin sözlərinə görə, görüşdə məqsəd hərtərəfli əməkdaşlıq proqramı hazırlamaq olub: Biz humanitar, iqtisadi, investisiya və hərbi-texniki əməkdaşlıq sahədə əməkdaşlığı inkişaf etdirəcəyik”,deyə Putin bildirib.

Federal hərbi-texniki xidmətin rəhbəri Aleksandr Fomin bildirib ki, Rusiya bu il 14 milyard dollarlıq silah satışı proqramını yerinə yetirəcək və sammit buna kömək etməlidir.

Onun sözlərinə görə, Rusiyanın 2015-ci ildə satdığı silahların yarısını ASEAN ölkələri alıb.

Rusiya ilə ASEAN ölkələri arasında dialoq 1991-ci ildən başlayıb, 1996-cı ildə isə rəsmi tərəfdaşlıq sənədi imzalanıb.

Soçi sammiti üçüncüdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG