Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:27

UEFA-ya prezident seçkisi bu ilin sentyabrında keçiriləcək.

Qərar martın 18-də qurumun Afinada keçirilən xüsusi konqresində qəbul edilib.

Bu barədə jurnalistlərə qurumun icraçı baş direktoru Teodor Teodoridis məlumat verib.

Bu o deməkdir ki, bu il Fransada keçiriləcək Avropa Çempionatında təşkilatın prezidenti olmayacaq.

Çempionat iyun-iyul aylarında keçiriləcək.

Hollandiya Futbol Asosasiyasının prezidenti Maykl van Praaq (Michael van Praag) əsas namizəd hesab olunur.

Bunu jurnalistlərə Teodoridis deyib.

Qeyd edək ki, FİFA, UEFA prezidenti Michel Platininin fəaliyyətinə 4 illik qadağa qoyub.

Buna səbəb keçmiş FİFA prezidenti Seep Blatterin Platininin hesabına 2 milyon İsveçrə frankı köçürməsi ilə bağlı qalmaqal olub.

Teodoridis bildirib ki, UEFA hazırda Platininin Fransa çempionatında iştirak etməsi üçün FİFA-ya müraciət edib və cavab gözləyirlər: “Biz hüquqlarımızı bilmək istəyirik, bunu necə etmək olar. Amma FİFA-nın qaydalarını pozmaq istəmirik. Həmkarınızın dediyi kimi biz onu dəvət edə bilərik, çünki unutmaq olmaz ki, Platini bu turnirin tarixində ən çox top vuran oyunçudur. Amma bunun üçün əvvəlcə hüquqlarımızı bilməliyik ki, nəyi edə-nəyi eləmiyə bilərik. Amma heç bir qanunu və ya FİFA-nın qaydalarını pozmaq istəmirik”.

Qeyd edək ki, FİFA ətrafındakı korrupsiya qalmaqalına görə FİFA prezidenti Seep Blatter də istefa verib və bundan sonra fəaliyyətinə 6 illik qadağa qoyulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG