Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:45

-

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının 7 nəfərdən ibarət Attestasiya Komissiyası fəaliyyətə başlayıb.

Bu barədə Palata xəbər yayıb.

Xəbərə görə, Attestasiya Komissiyasının ilk iclasında üç nəfər bank inzibatçısının attestasiyası keçirilib. Hər üç namizəd iddia etdikləri vəzifələrə uyğun sayılıb.

Attestasiya Komissiyası Azərbaycanda fəaliyyət göstərən bankların, xarici bank filiallarının idarə heyəti üzvlərinin, daxili audit bölmələri rəhbərlərinin və baş mühasiblərinin attestasiyasını həyata keçirəcək.

Sığorta şirkətlərinin rəhbər işçilərinin, sığorta agentləri və ya onların rəhbərlərinin attestasiyası isə test vasitəsilə aparılacaq.

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası bu il fevralın 3-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Sonra Mərkəzi Bankın bir sıra funksiyası bu Palataya verilib. Həmin funksiyalar içində banklara nəzarət etmək də var.

Günün bütün mövzuları

XS
SM
MD
LG