Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:38

ATƏT Donbasa polis missiyası göndərə bilər


ATƏT
ATƏT

-

ATƏT Ukraynanın şərqindəki Donbas vilayətində yerli seçkilər keçirildiyi müddətdə oraya polis missiyasının göndərilməsini nəzərdən keçirir.

Bu barədə ATƏT-in Baş katibi Lamberto Zannier «The Associated Press» agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, missiyaya 100 nəfər silahlı daxil edilə bilər. Hazırda Ukraynanın şərqində ATƏT müşahidəçiləri işləyir. Ancaq onlar silahsızdırlar və atəşkəsə əməl olunmasına nəzarət edirlər.

ATƏT rəhbəri onu da əlavə edib ki, missiyanın formatının dəyişdirilməsini prezident Petro Poroshenko xahiş edib və yalnız münaqişə tərəflərinin razılığıyla həyata keçirilə bilər.

Kiyev Donbasda silahlı polis missiyasını dəstəkləyir, Moskva və separatçılar buna qarşı çıxır.

XS
SM
MD
LG