Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:08

-

«Özəl kredit bürolarının yaradılmasında maraqlıyıq».

BunuMaliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Dünya Bankının (DB) Maliyyə Sektoru və Bazarlar üzrə praktika meneceri Rolf Behrndt-in rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

*Son 2 gündə Youtube Kanalımıza 12 aktual video yükləmişik - Sən də abunə ol, ölədə baş verənlərdən xəbərin olsun

Palatadan verilən məlumata görə, R.Aslanlı bildirib ki, gələcəkdə bu bürolarda toplanacaq məlumatlar bank sektorunun səmərəli tənzimlənməsinin həyata keçirilməsinə dəstək olacaq.

R.Behrndt isə Dünya Bankı Qrupunun aqrosığortanın inkişafına dəstək göstərməyə hazır olduğunu bildirib. O qeyd edib ki, istehlakçıların hüquqlarının qorunması və maliyyə peşəkarlığının artırılması layihəsi üzrə texniki dəstəyin müddəti bu ilin oktyabr ayına qədər uzadılıb.

O həmçinin, Azərbaycanda özəl kredit bürolarının yaradılması barədə qanun layihəsinin hazırlandığını da xatırladıb.

KREDİT BÜROSU NƏDİR?

Azərbaycanda uzun müddətdir yaradılması gözlənən qurumlardan biri də kredit bürolarıdır. Büro kredit alan və ya bundan ötrü müraciət edən müştərilər barədə banklardan məlumatlar toplayır. Əldə edilən məlumatları emal edir, ümumiləşdirir və qruplaşdırır. Müştərilər barədə kredit hesabatlarını (tarixçəsini) banklara satır. Kredit bürosunun iş prinsiplərini qarşılıqlı əlaqə-məlumat mübadiləsi, məlumatların etibarlılığı və həqiqiliyi təşkil edir.

Kredit bürosu hüquqi və fiziki şəxslərin kreditləri barədə bütün məlumatların saxlanıldığı bir təşkilatdır. O, potensial borc götürənlər barədə kredit təşkilatına məlumatlar verir və kreditin qaytarılması barədə daha dəqiq proqnozlar əldə etməyə imkan yaratmalıdır.

Bu qurumlar bir növ borc götürənlərdən ötrü nizam-intizam mexanizmi rolunu oynamalıdır. Həmçinin, bu qurum kredit təşkilatlarının müştərilərin üzərinə qoyduqları informasiya xərclərini azaltmağa kömək edir və müştərilərə göstərilən xidmətin keyfiyyətini artırmalıdır. Bunun nəticəsində də kredit təşkilatlarına yeni və pozitiv müştərilər cəlb edilə bilər.

Azərbaycanda sahibkarların fəaliyyətində əsas problemlərdən biri də lazımı vaxt və lazımı miqdarda kredit ala bilməmək sayılır. Banklardan kredit götürmək istəyən sahibkarın təqdim etdiyi sənədlərin araşdırılması əlavə vaxt itkisinə səbəb olur. Prezidentin 2014-cü il martın 3-də sahibkarlıqla bağlı imzaladığı fərman da bu sahədə islahatlara ehtiyac olduğu göstərilir. Fərmanda qeyd edilir ki, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlanmalıdır.

Həmçinin izlə:

Ermənilərlə azərbaycanlıların kütləvi davası necə bitdi? - [A-Live]

Günün bütün mövzuları

XS
SM
MD
LG